Xəzər dənizində yenə zəlzələ oldu
Xəzər dənizində 4,2 maqnitudalı zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 21:09-da qeydə alınıb. Zəlzələ ocağı 74 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, bu gün saat 11:36-da da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3,2 olub.
Bizim.Media...