Prezidentdən minlərlə vətəndaşı sevindirəcək XƏBƏR – VİDEO
“Ölkə iqtisadiyyatı üçün çox perspektivli sahə olan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı bu gün bizə təqdim ediləcək. Proqramın hazırlanması üçün mən bir müddət bundan əvvəl - aprelin əvvəlində müvafiq Sərəncam imzalamışam. Bu aylar ərzində proqram üzərində hazırlıq işləri gedirdi. Bu proqram bu gün bizə və Azərbaycan ictimaiyyətinə təqdim olunacaqdır”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəda bildirib.
“Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qey...