Ermənistan parlamentindəki “Hayastan” fraksiyasının deputatı İşxan Saqatelyan parlamentdə keçirdiyi brifinq zamanı bildirib ki, hakimiyyət yaxın vaxtlarda Tavuş bölgəsindəki 3 kəndi (Qazaxın işğalda olan Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri – red.) Azərbaycana qaytaracaq.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Saqatelyanın sözlərinə görə, proses artıq gizlədilmir və hakimiyyətin sonrakı addımları Kərki (Sədərək rayonunun işğalda olan kəndi) olacaq.
Deputat 2024-cü ildə Tavuşda baş verən ərazi dəyişiklikləri prosesini xatırladaraq bildirib ki, həmin vaxt cəmiyyətdə ciddi qarşıdurma yaranmışdı:
“Düzdür, bu müqavimət prosesin qarşısını ala bilmədi”.
Saqatelyan iddia edib ki, hakimiyyət belə bir qarşıdurmanın qarşısını almaq məqsədilə, müxalif qüvvələrə və onların nümayəndələrinə qarşı təzyiqlər göstərir.
Onun sözlərinə görə, hakimiyyətin “Ermənistan İnqilabi Federasiyası”na və Erməni Apostol Kilsəsinə qarşı addımlarına da eyni kontekstdən baxmaq lazımdır.
Bizim.Media

- A-
- A
- A+
Region
14:15 / 22.09.2026
Əvvəl Qazaxın kəndləri, sonra isə Kərki Azərbaycana veriləcək - İşxan Saqatelyan
Hazırda oxunan: Əvvəl Qazaxın kəndləri, sonra isə Kərki Azərbaycana veriləcək - İşxan Saqatelyan
Hazırda oxunan: Əvvəl Qazaxın kəndləri, sonra isə Kərki Azərbaycana veriləcək - İşxan Saqatelyan
638068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































