Yaşamaq üçün ən yaxşı şəhər bəlli oldu

Yaşamaq üçün ən yaxşı şəhər bəlli oldu

Hazırda oxunan: Yaşamaq üçün ən yaxşı şəhər bəlli oldu

638043

Dünyada yaşamaq üçün ən əlverişli şəhərlərin yeni siyahısı açıqlanıb. Araşdırma çərçivəsində 303 şəhərin müxtəlif göstəriciləri müqayisə edilib. İlk 10-luqda isə yalnız Avropa şəhərləri yer alıb.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq məlumat platforması “Numbeo”nun hazırladığı həyat keyfiyyəti sıralamasında ilk pilləyə Niderlandın Lahey şəhəri yüksəlib. Lahey 227,7 balla siyahının zirvəsində qərarlaşıb.

Siyahıda Niderland şəhərlərinin üstünlüyü diqqət çəkib. İlk 10-luqda bu ölkənin Lahey, Eyndhoven, Rotterdam, Utrext, Qroningen və Amsterdam şəhərləri yer alıb.

Belçikanın Gent şəhəri, Lüksemburq şəhəri və Almaniyanın Ştutqart şəhəri də ilk 10-luqda qərarlaşıb. İsveçin Göteborq şəhəri isə 10-cu pillədə yer alıb. Avstriyanın paytaxtı Vyana 205 balla 11-ci sırada qərarlaşıb.

 

Araşdırma zamanı şəhərlər bir neçə əsas göstərici üzrə qiymətləndirilib. Bunlar arasında sakinlərin alıcılıq qabiliyyəti, təhlükəsizlik, səhiyyə xidmətlərinin səviyyəsi, yaşayış xərcləri, mənzil qiymətlərinin gəlirlərə nisbəti, işə gedib-gəlmə müddəti, ətraf mühitin çirklənmə səviyyəsi və iqlim şəraiti yer alıb.

 

Laheyi fərqləndirən əsas amillər sırasında yüksək alıcılıq qabiliyyəti, təhlükəsizlik və səhiyyə göstəriciləri, eləcə də aşağı çirklənmə səviyyəsi göstərilib. Şəhərdə işə gedib-gəlmə müddətinin orta hesabla təxminən 20 dəqiqə olduğu bildirilib.

Siyahının son pillələrində isə Nigeriyanın Laqos, Banqladeşin Dəkkə və Filippinin Manila şəhərləri yer alıb. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO