Bakıda qəribə OLAY: Qardaşının şirkətinə maşınla buraxılmadı, bıçağa əl atdı

Bakıda qəribə OLAY: Qardaşının şirkətinə maşınla buraxılmadı, bıçağa əl atdı

Hazırda oxunan: Bakıda qəribə OLAY: Qardaşının şirkətinə maşınla buraxılmadı, bıçağa əl atdı

638080

Bakıda kişi bıçaqla mühafizəçiyə hücum edib.

Bizim.Media xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində yerləşən müəssisələrdən birində baş verib.

63 yaşlı Nəsir Allahyarov (şərti adla) idarə etdiyi “QAZ-3190” markalı avtomobillə qardaşına məxsus MMC-nin həyətinə daxil olmaq istəyib.

Lakin bu zaman müəssisənin mühafizəçisi onu tanımadığı üçün maşınla həyətə buraxmayıb. Bu hərəkət Nəsiri özündən çıxarıb və o, avtomobildən bıçağı götürərək, “şirkət mənimdir” deyə mühafizəçini hədələyib.

Faktla bağlı N. Allahyarov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində müvafiq protokol tərtib olunub.

O, ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Məhkəmə N. Allahyarovu 100 manat məbləğində inzibati qaydada cərimələyib./Lent.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO