Türk Hava Yolları (THY), AJet və Pegasus-un İrana uçuşlarında fasilə davam edir. Bildirilir ki, THY və AJet-in rezervasiya sistemlərində 2027-ci ilin martına qədər İrana uçuşlar yer almır.
Bizim.Media xəbər verir ki, sektor mənbələri uçuşların bərpa edilməməsində ABŞ-ın İran aviasiya sektoruna qarşı sanksiyalarının təsirli olduğunu iddia etsə də, şirkətlər tərəfindən bununla bağlı rəsmi açıqlama verilməyib.
“Sözcü” qəzetinin məlumatına görə, THY-dən “Iran International”a danışan şirkət nümayəndəsi bildirib ki, mövcud proqramda 2027-ci ilin martından əvvəl İrana planlaşdırılmış heç bir uçuş yoxdur. Nümayəndə uçuşların 2027-ci ilin martından sonra yenidən başlayacağına da zəmanət verilə bilməyəcəyini deyib.
Türkiyə aviaşirkətlərinin İrana uçuşlarında fasilə daha əvvəl başlamışdı. Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu mart ayında Yaxın Şərqdəki təhlükəsizlik riskləri səbəbindən THY, AJet və Pegasus-un da daxil olduğu şirkətlərin bölgədəki bəzi istiqamətlərə uçuşlarını dayandırdığını açıqlamışdı.
Həmin vaxt Pegasus İran uçuşlarını martın 12-dək, THY isə martın 20-dək uçuş proqramından çıxarmışdı.
İran hava məkanı ilə bağlı şərtlərin dəyişməsinə baxmayaraq, Türkiyə aviaşirkətləri uçuşları yenidən bərpa etməyib. Sektor mənbələri ABŞ-ın İran aviasiya sektoruna qarşı sanksiyalarını genişləndirməsinin uçuşların yenidən başlamasını çətinləşdirdiyini iddia ediblər.
THY, AJet və Pegasus tərəfindən isə İran uçuşlarının ABŞ sanksiyalarına görə dayandırıldığına dair rəsmi açıqlama verilməyib.
ABŞ administrasiyası sentyabr ayında İranın aviasiya sektoruna qarşı yeni sanksiya qərarları açıqlayıb. Sanksiyaların İran aviaşirkətləri ilə yanaşı, bu şirkətlərə xidmət göstərdiyi bildirilən bəzi xarici qurumları da əhatə etdiyi qeyd olunub.
ABŞ Maliyyə Nazirliyi də sanksiya siyahısına daxil edilmiş İran daşıyıcılarına xidmət göstərən şirkətlərin sanksiya riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media

- A-
- A
- A+
Region
13:17 / 22.09.2026
Türkiyə qonşu ölkəyə uçuşları tamamilə dayandırır - VİDEO
Hazırda oxunan: Türkiyə qonşu ölkəyə uçuşları tamamilə dayandırır - VİDEO
Hazırda oxunan: Türkiyə qonşu ölkəyə uçuşları tamamilə dayandırır - VİDEO
638051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































