İş adamının yeniyetmə nəvəsinin qadını güllələməsinin yeni TƏFƏRRÜATI

İş adamının yeniyetmə nəvəsinin qadını güllələməsinin yeni TƏFƏRRÜATI

Hazırda oxunan: İş adamının yeniyetmə nəvəsinin qadını güllələməsinin yeni TƏFƏRRÜATI

638040

Ağdaş rayonunda yeniyetmə oğlanın qonşu qadını güllələməsinin təfərrüatı məlum olub.

Bizim.Media xəbər verir ki, 14 yaşlı M.Əliyev tez-tez atasına məxsus tir tüfəngi ilə küçədə və çöllük sahədə güllə atırmış.

O, həmin gün də yaşadığı küçədə eyni hərəkətləri edib. M.Əliyev küçənin bir tərəfində dayanıb qarşı tərəfdə hədəf nöqtə təyin edib və həmin nöqtəyə atəş açıb. Yeniyetmə iki dəfə hədəfi nişan alsa da, onu vura bilməyib. Bundan əsəbiləşən M.Əliyev üçüncü dəfə hədəfə atəş açıb. Nəticədə güllə küçədə olan qadına dəyib. Ailə üzvlərinin köməyi ilə qadın xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır. Hadisədə istifadə edilən tir tüfəngi polis əməkdaşları tərəfindən götürülüb.

Məlumata görə, M.Əliyevin babası Məhəmməd Əliyev rayonun ən tanınmış biznesmenlərindəndir. Onun Ağdaş, Göyçay və Mingəçevirdə tikinti materialları mağazaları, restoran və digər obyektləri var.

O da iddia olunur ki, yeniyetmə rayon ərazisində və yaşadığı küçədə dəfələrlə hədəfə atəş açıb və onun bu əməlləri sakinlər tərəfindən narazılıqla qarşılanıb. Lakin o, bu narazılıqlara məhəl qoymadan əməlinə davam edib. Babası Məhəmməd Əliyevə görə isə yeniyetmənin bu əməlləri barədə aidiyyəti qurumlara məlumat verən olmayıb. Yalnız sonuncu dəfə baş verən hadisədən sonra bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO