Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub.
Bizim.Media xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:
“Əfsuslar olsun ki, Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi”.
Prezident, həmçinin əlavə edib ki, sovet vaxtında müəyyən dərəcədə kəşfiyyat işləri aparılmışdır. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
14:14 / 22.09.2026
Prezident Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərdən DANIŞDI
Hazırda oxunan: Prezident Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərdən DANIŞDI
Hazırda oxunan: Prezident Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərdən DANIŞDI
638067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































