Sürücülərin NƏZƏRİNƏ: Bakının 5 küçəsində yollar bağlanır
Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:
- Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində – avqustun 27-si saat 22:00-dan;
- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində – avqustun 27-si saat 22:00-dan;
- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində – avqustun 28-i saat 20:00-dan;
- Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçk...