Qazaxıstan və daha bir neçə ölkə Qəzzada sülhün qorunması üçün minlərlə hərbi qulluqçu göndərməyə hazırdır.
Bizim.Media "Exclusive.kz" nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Mayk Uolts məlumat verib.
"Uqanda, Mərakeş və Qazaxıstan kimi ölkələr bu səylər üçün minlərlə hərbi qulluqçu təklif ediblər", – deyə diplomat vurğulayıb.
Uolts qeyd edib ki, bu ölkələrin hərbçiləri artıq Qəzzaya çatmalı idilər. Bununla belə, o əlavə edib ki, qüvvələrin yerləşdirilməsi Vaşinqtonun gözlədiyindən daha yavaş gedir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:48 / 27.08.2026
Qazaxıstan Qəzzaya qoşun göndərəcək
Hazırda oxunan: Qazaxıstan Qəzzaya qoşun göndərəcək
Hazırda oxunan: Qazaxıstan Qəzzaya qoşun göndərəcək
633391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































