Bakı metrosunun iş rejimi DƏYİŞİR

Bakı metrosunun iş rejimi DƏYİŞİR

Hazırda oxunan: Bakı metrosunun iş rejimi DƏYİŞİR

633350

Bu axşam saat 20:00-da “Qarabağ” Futbol Klubunun UEFA Konfrans Liqasında "Tvente"yə (Niderland) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.

Bizim.Media bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, “Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək.

Gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO