Türkiyənin məşhur musiqi qrupu "Sakiler" dağıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, “Dünyadan Uzak”, “Canıma Minnet” və “Yalanı Bırak” kimi mahnıları ilə tanınan qrup 6 illik fəaliyyətini başa çatdırıb.
2020-ci ildə yaradılan qrup Hasan Gözetlik, Yücel Girgin və Serkan Balkandan ibarət olub. Dağılma xəbərini qrupun gitaristi Yücel Girgin sosial media hesabında açıqlayıb.
O, paylaşımında “Sakiler dövrü öz missiyasını tamamladı” deyərək, qrupun arxasında möhtəşəm mahnılar və unudulmaz xatirələr qoyduğunu bildirib.
Girgin bu müddət ərzində onları dəstəkləyən hər kəsə təşəkkür edib və bundan sonra yeni layihələrlə pərəstişkarlarının qarşısına çıxacaqlarını qeyd edib.
Dağılma qərarından sonra "Sakiler" qrupunun “Instagram” hesabı da bağlanıb.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:58 / 27.08.2026
Məşhur musiqi qrupu dağıldı
Hazırda oxunan: Məşhur musiqi qrupu dağıldı
Hazırda oxunan: Məşhur musiqi qrupu dağıldı
633362
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































