“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

“Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

Hazırda oxunan: “Sabah”ın baş məşqçisi yüksək reytinqli şahmatçı imiş – FOTO

633419

Azərbaycan çempionu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas onlayn şahmat oynaması ilə diqqət çəkib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə gənc qrossmeyster Aydın Süleymanlı paylaşım edib.

O, çalışdırıcının oyundakı nəticəsini paylaşaraq bu sözləri yazıb: "İndi başa düşürük, niyə həmişə bir gediş qabaqdadır".

Qeyd edək ki, məşqçinin Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytındakı reytinq xalı 1833-dür. Bu isə ən yaxşı həvəskar səviyyə hesab olunur.

Xatırladaq ki, litvalı məşqçinin rəhbərliyi ilə "Sabah" İsrailin "Hapoel" komandası üzərində qələbəsi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO