Qarğıdalının bişirilmə üsulu onun dadına və teksturasına ciddi təsir göstərə bilər. Daha şirin və yumşaq dənələr əldə etmək üçün suya bir qədər süd və şəkər əlavə etmək məsləhət görülür.
Bizim.Media xəbər verir ki, bu barədə protv.ro saytı yazıb.
Məlumata görə, ilk növbədə mümkün qədər təzə və cavan qarğıdalı seçilməlidir. Dənələr yaxşı formalaşmalı, lakin yumşaq olmalıdır.
Qarğıdalını təmizlədikdən sonra iri qazana yerləşdirib üzərini tam örtəcək qədər su əlavə etmək lazımdır. Daha sonra suya bir qədər süd və bir çay qaşığı şəkər qatılır. Süd qarğıdalıya daha kremli və zəngin dad verir, şəkər isə onun təbii şirinliyini ön plana çıxarır.
Alternativ olaraq, yaxşı yuyulmuş bir neçə cavan qarğıdalı yarpağı və saçağını da suya əlavə etmək olar. Bu üsulun qarğıdalının dadını və yumşaqlığını qorumağa kömək etdiyi bildirilir.
Qarğıdalı neçə dəqiqə bişirilməlidir?
Bişmə müddəti qarğıdalının təzəliyindən asılıdır. Cavan və şirin qarğıdalı daha tez hazırlanır.
Su qaynadıqdan sonra təxminən 15-20 dəqiqə gözləmək və dənələri çəngəllə yoxlamaq olar. Qarğıdalını həddindən artıq bişirmək məsləhət görülmür, çünki bu zaman dənələr sərtləşə bilər.
Duzu nə vaxt əlavə etmək lazımdır?
Qarğıdalının yumşaqlığını qorumaq üçün çox miqdarda duzu bişən suya əlavə etməmək tövsiyə olunur. Duzu qarğıdalını qazandan çıxardıqdan sonra üzərinə səpmək daha yaxşıdır.
Hazır qarğıdalıya bir qədər kərə yağı əlavə etmək də onun dadını daha zəngin edə bilər. (Demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:04 / 27.08.2026
Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul
Hazırda oxunan: Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul
Hazırda oxunan: Qarğıdalını adi suda bişirməyin: Daha şirin və yumşaq olması üçün sadə üsul
633353
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































