“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

“Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

Hazırda oxunan: “Bosniya qəssabı” Ratko Mladiç ÖLDÜ

633361

Bosniya və Herseqovina serblərinin keçmiş komandanı, “Bosniya qəssabı” Ratko Mladiç ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, 1942-ci ildə anadan olmuş Ratko Mladiç Bosniya müharibəsi (1992–1995) zamanı Bosniya serblərinin ordusunun Baş Qərargahına rəhbərlik etmiş general olub.

O, xüsusilə 1995-ci ildə Srebrenitsa qətliamı və Sarayevonun mühasirəsi ilə bağlı hərbi cinayətlərdə əsas fiqurlardan biri hesab olunur.

Mladiç 2011-ci ildə Serbiyada həbs edilərək Haaqa tribunalına təhvil verilib. 2017-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı onu soyqırımı, insanlıq əleyhinə cinayətlər və müharibə qanunlarının pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

2021-ci ildə apellyasiya instansiyası hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, Srebrenitsa qətliamı zamanı 8 mindən çox bosniyalı müsəlman kişi və oğlanın öldürülməsi onun adı ilə bağlı ən ağır cinayətlərdən biri kimi məhkəmə sənədlərində əksini tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO