Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Hazırda oxunan: Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

633330

2026-2027-ci tədris ilində bir neçə dərslik yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Belə ki, yeni tədris ilində IV siniflər üçün "Həyat bilgisi", VII siniflər üçün "Azərbaycan dili" ,"Riyaziyyat", "İngilis dili", "Azərbaycan tarixi", VIII siniflər üçün "Coğrafiya", IX siniflər üçün "Biologiya", "Fizika" və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

 

Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, eyni zamanda həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.

 

Eyni zamanda yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı artırılmış, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO