"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

"Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

Hazırda oxunan: "Diplom xəstəliyindən qurtulmaq lazımdır" — İqtisadçı ən gəlirli peşələri açıqladı

633434

Məzunların ali məktəbə qəbul ola bilməməsi valideynləri alternativ yollara yönəldir. Bir çox ailə övladının peşə təhsilinə yiyələnməsini doğru seçim hesab edir. Hazırda və yaxın gələcəkdə ən çox gəlir gətirən peşə sahələrinə tələbat sürətlə artır.

Bizim.Media xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “demokrat.az”a açıqlamasında söyləyib ki, ümumiyyətlə, dünyanın hər yerində ustalara tələbat artır:

“Məsələn, Böyük Britaniyanı götürsək, ən çox qazanan peşələr arasında avtomobil ustaları da yer alır. Birinci yerdə vəkil, sonra həkim, daha sonra gömrük və ya maliyyə konsaltinqi, dördüncü yerdə isə adətən ustalar dayanır. Telefon ustaları, avtomobil ustaları və digər peşə sahibləri getdikcə daha çox gəlir əldə edirlər”.

İqtisadçı əlavə edib ki, dünyanın hər yerində bu peşələrə tələbat var:

“Bir ölkənin diplomu digər ölkədə tanınmaya bilər. Amma bir ölkədə peşəkar usta olursansa, başqa ölkədə də rahatlıqla işləyə bilərsən. Ona görə də bizdə valideynlər də bu diplom xəstəliyindən qurtulmalıdırlar. Həvəsi və imkanı olan uşaqlar var ki, peşəyə yönəlmək istəyirlər. Onlara mane olmaq lazım deyil. Əslində, onlar peşə sahibi olsalar, istənilən halda daha çox pul qazana və daha çox maliyyə müstəqilliyi əldə edə bilərlər”.

Qeyd edək ki, 87 146 nəfər ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edib, 58 947 nəfər qəbul olub. Yəni təxminən 28,2 min nəfər qəbul olmayıb. DİM-in açıqladığı məlumata görə, qəbul planı 97,07 faiz dolub və boş qalan yerlər üzrə əlavə seçim də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO