Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

Hazırda oxunan: Alyaskada kiçik mühərrikli təyyarə dənizə düşdü – Ölənlər var

633423

Alyaska sahillərindəki dayaz sularda kiçik təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Associated Press" yazır.

Təyyarə eyniadlı uzaq sahilyanı şəhərin yaxınlığındakı Seldoviya-Slau boğazına düşüb.
Alyaska İctimai Təhlükəsizlik Departamentindən verilən məlumata görə, "Piper PA-24" tipli təyyarə Ankoricdən havalandıqdan sonra Seldoviya hava limanına doğru istiqamət götürübmüş. Sözügedən hava limanı Ankoricdən təxminən 219 km cənub-qərbdə yerləşir.
 

Qəzadan sonra təyyarə tamamilə suya batıb və sahildən bir qədər aralıda, təxminən 4,6 metr dərinlikdə qalıb. Xilasedicilər qəza yerinə çatmaq üçün dənizin çəkilməsini gözləməli olublar.


Polis əməkdaşları təyyarənin içindən dörd yetkin şəxsin cəsədini çıxarıblar. Meyitlər məhkəmə-tibbi ekspertizası idarəsinə göndərilib. Həlak olanların adları açıqlanmır.

Fəlakətin səbəbi hələlik məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO