Tramp kommunizmi ABŞ-ın 250 illik tarixinin ən böyük təhlükəsi adlandırdı
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən mühafizəkarların konfransındakı çıxışı zamanı Demokratlar Partiyasını kəskin tənqid edib və bu partiyanın yürütdüyü siyasətin ölkə üçün ciddi təhlükə yaratdığını bəyan edib. Trampın sözlərinə görə, son seçkilərdə Nyu-Yorkda demokratik sosialist namizədlərin qələbə qazanması Demokratlar Partiyası daxilində sol qanadın təsirinin getdikcə artdığını sübut edir.
Bizim.Media xəbər verir ki, o, həmçinin demokratları ənənəvi Amerika həyat tərzini təhdid edən ideyaları dəstəkləməkdə ittiham edib:
"Bütün kommunistlər dinsizdir (Allahsızdır). Onlar Allaha inanmırlar... Bu amansız kommunistlər bütün dinlərə, xüsusən də xristianlığa h...