Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

Hazırda oxunan: Azərbaycanda Visa ödəniş kartları ilə aparılan əməliyyatların HƏCMİ

621860

May ayının sonuna olan hesabata görə, rezident maliyyə institutları (statistik vahidlərin ödəniş kartları daxil olmaqla) tərəfindən buraxılmış Visa ödəniş kartları ilə aparılan əməliyyatların sayı 159,331 milyon, əməliyyat həcmi isə 7,965 milyard manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən dərc edilmiş statistik bülletendə bildirilib.

Bundan əlavə, məlumatlar göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 35,178 milyon və ya 28,3%, əməliyyat həcmi isə 963 milyon manat və ya 13,7% artıb.

AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış Visa kartları ilə aparılan əməliyyatların sayı 839,3 min, əməliyyat həcmi isə 74,5 milyon manat təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO