Baş nazirdən Xəzərlə bağlı QƏRAR
Nazirlər Kabineti Xəzər dənizinin ölkəmizə məxsus bölməsində süni torpaq sahələrinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərar qəbul edib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən “Sea Breeze Resort” istirahət zonası üçün yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə ümumilikdə 55,08 hektar su fondu torpaq sahəsi ayrılıb. Bunun 9,08 hektarı sahilboyu zolağın altında, 46 hektarı isə su akvatoriyasında yerləşir.
Sənədə əsasən, sahilboyu əraziyə bitişik iki süni torpaq sahəsi yaradılacaq. Bu sahələrdən biri ...