DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO
İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının həmin ərazilərdə fasiləsiz xidməti davam etdirilir.
Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, paytaxt Bakı ilə yanaşı respublikanın bütün turizm zonalarında asayişin və təhlükəsizliyin təmin olunması, eləcə də nəqliyyatın hərəkətinin davamlılığı məqsədilə naryad qrupları ərazilərə təhkim olunub.
Polis əməkdaşları ictimai asayişin qorunması ilə yanaşı, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi, mümkün xoşagəlməz halların qarşısının alınması və zərurət yarandıqda operativ müdaxilənin həyata keçiril...