Rusiyalı mütəxəssislər İrandakı “Buşehr” AES-ə qayıdır

Rusiyalı mütəxəssislər İrandakı “Buşehr” AES-ə qayıdır

Hazırda oxunan: Rusiyalı mütəxəssislər İrandakı “Buşehr” AES-ə qayıdır

630157

“Rosatom” dövlət korporasiyası İrandakı “Buşehr” Atom Elektrik Stansiyasına rusiyalı mütəxəssislərin geri qaytarılmasına başlayıb.

Bizim.Media xəbər verir ki, bunu korporasiyanın rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, artıq mühəndis-texniki heyətdən beş nəfər İrandakı yaşayış məntəqəsinə çataraq işlərinə başlayıb.

Lixaçov qeyd edib ki, ABŞ və İran arasında qarşıdurmanın yenidən kəskinləşməyəcəyi təqdirdə, yaxın iki həftə ərzində İrana daha bir neçə onlarla əməkdaşın göndərilməsi planlaşdırılır.
 

“Əgər hər şey yaxşı getsə, artıq payızda layihədə çalışan əməkdaşlarımızın sayını 100 nəfərə çatdıracağıq. Əlbəttə, daha əvvəl İrandan təxliyə edilmiş bütün mütəxəssisləri mümkün qədər tez geri qaytarmaq planımız var. Lakin müharibədən əvvəlki göstəricilərə qayıtmaq yalnız ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı yekun razılaşmaların əldə olunmasından sonra mümkün olacaq”, – deyə o bildirib.


Hazırda “Buşehr” AES-də çalışan rusiyalı mütəxəssislərin sayı 25 nəfərə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO