DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO

Hazırda oxunan: DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO
630152
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların çimərliklərə, su hövzələrinə və digər istirahət məkanlarına kütləvi axını nəzərə alınaraq polis əməkdaşlarının həmin ərazilərdə fasiləsiz xidməti davam etdirilir.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, paytaxt Bakı ilə yanaşı respublikanın bütün turizm zonalarında asayişin və təhlükəsizliyin təmin olunması, eləcə də nəqliyyatın hərəkətinin davamlılığı məqsədilə naryad qrupları ərazilərə təhkim olunub.
 

Polis əməkdaşları ictimai asayişin qorunması ilə yanaşı, vətəndaşların təhlükəsiz istirahətinin təmin edilməsi, mümkün xoşagəlməz halların qarşısının alınması və zərurət yarandıqda operativ müdaxilənin həyata keçirilməsi istiqamətində gücləndirilmiş rejimdə xidmət aparırlar.


Vətəndaşlardan istirahət zamanı təhlükəsizlik qaydalarına, xüsusilə çimərliklərdə müəyyən edilmiş qaydalara ciddi riayət etmələri, uşaqları nəzarətsiz qoymamaları, ictimai asayişi pozan davranışlardan çəkinmələri xahiş olunur.

Polis əməkdaşlarının qanuni tələblərinə əməl etməklə yanaşı hər hansı təhlükəli və ya şübhəli hal müşahidə etdikdə dərhal polisə məlumat vermələri tövsiyə edilir.

DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO - foto 1
DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO - foto 2
DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO - foto 3
DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO - foto 4
DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO - foto 5
DİN-dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO