Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrildi – SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Bizim.Media xəbər verir ki, Fərmana əsasən “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsin əsasında Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (bundan sonra – Agentlik) yaradılacaq.
Bundan əlavə, aşağıdakı publik hüquqi şəxslər əsasında büdcə təşkilatlarının yaradılması Fərmanda öz əksini tapıb:
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin əsasında A...