Dünən bank kartlarında yaşanan problemin səbəbi BƏLLİ OLDU – ABB-dən AÇIQLAMA

Dünən bank kartlarında yaşanan problemin səbəbi BƏLLİ OLDU – ABB-dən AÇIQLAMA

Hazırda oxunan: Dünən bank kartlarında yaşanan problemin səbəbi BƏLLİ OLDU – ABB-dən AÇIQLAMA

621468

Məlum olduğu kimi, dünən ABB (Azərbaycan Beynəlxalq Bankı) istifadəçilərinin kart hesablarından vəsaitlər silinib. Müştərilərin bildirdiyinə görə, balansa daxilolmalarda da problem yaşanıb. Belə ki, köçürülən vəsaitlər hesaba əksik mədaxil edilib.

Bankın mobil tətbiqində yayımlanan bildirişdə isə qeyd olunub ki, hazırda üçüncü tərəflə bağlı yaranmış texniki çətinlik səbəbindən bəzi kartlarda əlavə vəsaitlərin silinməsi halları baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

ABB istifadəçilərinə xəbərdarlıq: Vəsaitlər silinir – FOTOFAKT


Bəs, problem öz həllini tapıbmı?

Məsələ ilə bağlı ABB-yə sorğu ünvanladıq. Bankdan Bizim.Media-ya bildirildi ki, dünən bəzi müştərilərin kart hesablarında yaranmış müvəqqəti texniki məsələ tam aradan qaldırılıb:

“Hesab balansları bərpa olunub və bütün xidmətlər normal rejimdə fəaliyyət göstərir. Yaranmış vəziyyət Azəricard Prosessinq Mərkəzinin xidmət göstərdiyi bir sıra banklarda banklararası hesablaşma fayllarının emalı zamanı yaranmış texniki nasazlıq nəticəsində bəzi əməliyyatların müvəqqəti təkrar əks olunması ilə bağlı idi. Məsələ operativ şəkildə aradan qaldırıldı və bütün hesablar tam bərpa edildi.

Bu müddətdə ABB mobile tətbiqinə eyni vaxtda çoxsaylı müraciətlər səbəbindən bəzi istifadəçilərimiz tətbiqdə müvəqqəti yubanma və giriş çətinliyi ilə üzləşmişdilər. Hazırda tətbiq də tam normal rejimdə xidmətinizdədir”.
 

Bankın açıqlamasında vurğulanıb ki, baş vermiş insident texniki xarakter daşıyıb, hər hansı kiberhücum cəhdi və ya məlumat təhlükəsizliyi pozuntusu ilə bağlı olmayıb. Müştərilərin vəsaitləri və fərdi məlumatları hər zamankı kimi tam təhlükəsiz şəkildə qorunub:


“Yaranmış narahatlığa görə üzr istəyir, göstərdiyiniz anlayış və təmkinli davranışa görə Sizə dərin təşəkkürümüzü bildiririk”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO