Cahid Həsənov: “Gecə işıqlandırması piyada təhlükəsizliyi üçün yetərli deyil”

Cahid Həsənov: “Gecə işıqlandırması piyada təhlükəsizliyi üçün yetərli deyil”

Hazırda oxunan: Cahid Həsənov: “Gecə işıqlandırması piyada təhlükəsizliyi üçün yetərli deyil”

621465

Bakıda "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi" layihələri çərçivəsində ictimai müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, çıxış edən memar Cahid Həsənov şəhər mühitində piyadalar tərəfindən ən çox qaldırılan problemlərdən birinin işıq dirəklərinin səkilərdə yerləşdirilməsi ilə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, mövcud şəraitdə bütün işıq dirəklərinin yerinin dəyişdirilməsi mümkün deyil. Memar qeyd edib ki, şəhərsalma zamanı həm mövcud infrastruktur, həm də əhalinin sıx məskunlaşması nəzərə alınmalıdır.
 

Bildirilib ki, səkilərin eni və ölçüləri fərqli olduğundan işıqlandırma sistemlərinin quraşdırılması da müxtəlif yanaşmalar tələb edir. Bununla belə, küçə işıqlandırılması ilə bağlı normativ tələblər eyni qalır və bu, layihələndirmə zamanı müəyyən çətinliklər yaradır.


Memar gecə saatlarında piyada təhlükəsizliyinin təmin olunması üçün küçə işıqlandırılması sahəsində əlavə standartların hazırlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bəzi ərazilərdə işıqlandırma səviyyəsi kifayət etmir, nəticədə piyadalar nəqliyyat vasitələrini, sürücülər isə piyadaları vaxtında görə bilmirlər.

Çıxışının sonunda memar yenidənqurma və şəhərsalma layihələrinin hazırlanması zamanı peşəkar memarların prosesə daha fəal cəlb edilməsinin vacibliyini qeyd edib. O, aidiyyəti qurumlara müraciət edərək belə layihələrin hazırlanması mərhələsində memarların könüllü şəkildə öz töhfələrini verməyə hazır olduqlarını bildirib.

Xədicə Paşayeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO