Ukraynda hazırlıqlar BAŞLADI - İkinci cəbhə açılır

Ukraynda hazırlıqlar BAŞLADI - İkinci cəbhə açılır

Hazırda oxunan: Ukraynda hazırlıqlar BAŞLADI - İkinci cəbhə açılır

621486

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski şimal istiqamətindən gələn təhdidlərlə bağlı mühüm bəyanat verib. Baş komandan Rusiya ordusunun cəbhə xəttini genişləndirmək planlarına qarşı ölkəsinin yeni hərbi hissələr formalaşdırmaq məcburiyyətində qaldığını açıqlayıb.

Bizim.Media Ukrayna KİV-ə istinadla xəbər verir ki, A. Sırskinin sözlərinə görə, Rusiya əsas istiqamətlərdə istədiyi uğuru qazana bilmədiyi üçün cəbhə xəttini şimal istiqaməti hesabına daha 160 kilometr genişləndirməyə cəhd edə bilər.

Baş komandan qeyd edib ki, mövcud bölmələrin şəxsi heyətinin sayını artırmaq bu təhlükənin qarşısını almağa kifayət etmir, çünki bu, daha uzanmış cəbhə xəttini saxlamağa imkan vermir:

"Cəbhə eninə və dərinliyinə doğru böyüyəndə riyaziyyat barışmaz olur: bizə mütləq yeni hərbi hissələr lazımdır", — deyə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO