Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalterlə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün "X" hesabında bildirib.
O qeyd edib ki, görüş zamanı ötən ay Prezident İlham Əliyev ilə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığı fonunda bir sıra məsələlər müzakirə edilib:
"Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin mövcud vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq".

Bizim.Media

- A-
- A
- A+
Siyasət
16:06 / 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO
Hazırda oxunan: Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü – FOTO
621543
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































