Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

Hazırda oxunan: Venesuelada zəlzələdə ölənlərin sayı 164-ə çatdı: 1000-ə yaxın yaralı var – FOTO/VİDEO

621515

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və yaralıların sayı artmaqda davam edir. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri fasiləsiz olaraq aparılır.

Bizim.Media xəbər verir ki, bu barədə rəsmi məlumatı Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes açıqlayıb.
 

Rəsmi rəqəmlərə görə, təbii fəlakət qurbanlarının sayı artıq 164 nəfərə yüksəlib. Bildirilib ki, hadisə nəticəsində 1000-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Delsi Rodriqes dövlət orqanlarının fəsadların aradan qaldırılması və zərərçəkənlərə təxirəsalınmaz yardımın göstərilməsi üçün bütün resursları səfərbər etdiyini vurğulayıb. Dağıntılar altında qalanların olması ehtimalı səbəbindən ölü sayının daha da artacağı istisna edilmir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO