ABŞ fikrindən dönür: Türkiyəyə F-35 qırıcıları VERƏCƏK

ABŞ fikrindən dönür: Türkiyəyə F-35 qırıcıları VERƏCƏK

Hazırda oxunan: ABŞ fikrindən dönür: Türkiyəyə F-35 qırıcıları VERƏCƏK

621446

Vaşinqton administrasiyası Türkiyəyə F-35 beşinci nəsil qırıcı təyyarələrinin verilməsi imkanını nəzərdən keçirir və hazırda bu məsələ ilə bağlı Konqreslə birgə iş aparır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bəyan edib.

Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun Baş katibi Mark Rütte arasında keçirilən görüşdə iştirak edən Vens məsələnin hüquqi tərəflərinə toxunub:

"Mən bilirəm ki, ABŞ-ın hərbi naziri Pit Heqset və bütün komanda hazırda bu məsələnin nəzərdən keçirilməsi ilə məşğuldur. Çünki ABŞ qanunlarının tələblərinə əməl olunmasını təsdiqləmək üçün müəyyən məqamlar var. Prezident bizə bununla bağlı tapşırıq verib. Bu, mahiyyət etibarilə Konqresə aid olan bir məsələdir. Söhbət Türkiyənin F-35 qırıcılarını ala bilməsi üçün ABŞ qanunvericiliyinə əməl edib-etməməsindən gedir", — deyə vitse-prezident izah edib.

Görüş zamanı ABŞ Prezidenti Donald Tramp da məsələyə qısa münasibət bildirərək, "Biz bunun üzərində işləyəcəyik", — deyə əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO