Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

Hazırda oxunan: Ötən il 764 xarici diplom tanınmayıb – RƏSMİ

621547

2025-2026-cı tədris illərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5607 müraciət daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris ili ilə bağlı hesabatında məlumat verilib.

Bildirilib ki, bunlardan 4030 müraciətin ekspertizası həyata keçirilib:

"1577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3266 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 764 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.

Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ölkələrin siyahısında Türkiyə (1400), Rusiya (998) və Ukrayna (593) yer alıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO