Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

Hazırda oxunan: Lukaşenko: "Belarus, Ukrayna və Rusiya xalqları gec-tez bir yerdə olacaq"

621520

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna rəhbərliyinin nümayəndələri ilə keçirdiyi son təmasların bəzi detallarını açıqlayıb. O, Rusiya, Belarus və Ukrayna xalqlarının gələcəkdə mütləq yenidən vahid bir məkanda birləşəcəyini iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Belarus mətbuatı yayıb.
 

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə keçirdiyi görüşdə danışan Aleksandr Lukaşenko yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndələri ilə söhbət etdiyini və onlara bu mövqeyini çatdırdığını bildirib:


"Gec-tez biz barışacağıq və barışmaqdan əlavə, yenə də bir yerdə olacağıq. Başqa cür necə ola bilər ki?!" — deyə Belarus dövlət başçısı Ukrayna tərəfinə verdiyi bəyanatı sitat gətirib.

Lukaşenko üç slavyan xalqının tarixi və mədəni bağlılığına diqqət çəkərək, mövcud geosiyasi böhrana baxmayaraq, bu birliyin bərpasının qaçılmaz olduğunu vurğulayıb. Ukrayna rəsmiləri isə hələlik Belarus rəhbərinin bu bəyanatına və qeyd olunan qeyri-rəsmi danışıqlara münasibət bildirməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO