Ukraynanın zərbələrindən sonra Krım yenidən qaranlığa qərq oldu

Ukraynanın zərbələrindən sonra Krım yenidən qaranlığa qərq oldu

Hazırda oxunan: Ukraynanın zərbələrindən sonra Krım yenidən qaranlığa qərq oldu

621461

Ukrayna tərəfinin növbəti hücumlarından sonra ilhaq edilmiş Krım yarımadasında kütləvi elektrik kəsintiləri yaranıb. "Magistral şəbəkələrdə baş verən texnoloji pozuntular" səbəbindən Krımın mərkəz, cənub və şərq hissələrində yerləşən 7 bələdiyyə dairəsində elektrik enerjisinin verilişi qismən dayandırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Krımenergo" şirkətinin "qaynar xətt" xidməti yayıb.

Rəsmi məlumata görə, abonentlərin şəbəkədən kütləvi şəkildə ayrılması Simferopol, Sudak, Aluşta şəhərlərini, həmçinin Simferopol, Leninski, Baxçasaray rayonlarını və Yalta dairəsini əhatə edib.

Hazırda yarımadanın sözügedən bölgələrində qəzanın nəticələrinin aradan qaldırılması və elektrik təminatının bərpası istiqamətində işlərin aparıldığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO