Sel sularının ziyan vurduğu 25 avtomobil yolu bərpa edilir - VİDEO
Cari ilin mart–aprel aylarında müşahidə olunan güclü leysan yağışları və sel suları Bakı şəhərində və ölkənin bir sıra bölgələrində yol infrastrukturuna ciddi ziyan vurmuşdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, dəymiş ziyanın aradan qaldırılması və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlərə başlanılmışdır.
Hazırda Bakı şəhəri və 8 rayonun (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Ağsu və İsmayıllı) ərazisində ümumilikdə 25 avtomobil yolunda bərpa işləri ap...