Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

Hazırda oxunan: Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

619066

Türk dünyasının birliyi ortaq tarix, dil və dəyərlərə əsaslanır.

Bizim.Media xəbər verir ki, bu sözləri Bakıda keçirilən “Şimali Kipr Mədəniyyət Günü” çərçivəsində keçirilən mətbuat konfransında çıxışı zamanı Şimali Kipr Tqrk Respublikasının Baş naziri Ünal Üstel deyib.

“Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında mövcud olan münasibətlər yalnız diplomatik çərçivə ilə izah edilə bilməz. Bu əlaqələr ortaq tarix, dil, mədəniyyət və dəyərlər üzərində formalaşıb. Bu sıradan bir dövlətlərarası əlaqə deyil. Bu əlaqə könül bağıdır, tale birliyidir. Biz bunu bir cümlə ilə ifadə edirik: ‘Bir millət, üç dövlət’."

Ü.Üstel vurğulayıb ki, xalqları birləşdirən əsas amil ortaq mədəni irs və gələcəyə olan inamdır:

“Bizləri bir-birimizə bağlayan ortaq tariximiz, ortaq dilimiz, ortaq mədəniyyətimiz, ortaq dəyərlərimiz və gələcəyə olan inamımızdır. Bu gün burada nümayiş olunan mədəni dəyərlər bunun ən gözəl göstəricisidir. Şimali Kiprdən gətirilən hər bir musiqi, xalq rəqsi və sənət nümunəsi ortaq kökdən qidalanan Türk dünyasının yaddaşını əks etdirir.”

Baş nazir çıxışında Azərbaycanın Milli Qurtuluş Gününə də toxunaraq 15 iyunun tarixi əhəmiyyətini vurğulayıb:

“Dəyərli qardaşlarım, 15 İyun – Milli Qurtuluş Gününüzü səmimi qəlbdən təbrik edirəm. Bu tarix Azərbaycanın birliyinin və dövlətçilik iradəsinin yenidən gücləndiyi gündür. 15 İyun müstəqil Azərbaycanın yüksəliş yolunda mühüm dönüş nöqtəsidir.”

Baş nazir əlavə edib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xətti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da güclənib:

“Mərhum Heydər Əliyevin dövlətçilik vizyonu bu gün cənab Prezident İlham Əliyevin liderliyində daha da güclənərək Azərbaycanı regionun və Türk dünyasının aparıcı ölkələrindən birinə çevirib. Güclü Azərbaycan təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının qürurudur.”

O, çıxışının sonunda Şimali Kiprin Azərbaycanla həmrəy olduğunu qeyd edib:

“Şimali Kipr Türk Cümhuriyyəti olaraq Azərbaycanın sevincini öz sevincimiz, uğurunu isə öz uğurumuz kimi görürük. Çünki Azərbaycanın gücü Türk dünyasının gücüdür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO