Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

Hazırda oxunan: Tulaya PUA hücumu: "Azot" kimya zavodu vuruldu - VİDEO

619199

Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumu nəticəsində Rusiyanın Tula vilayətinin Novomoskovsk şəhərində yerləşən sənaye müəssisələrindən birinin ərazisində güclü yanğın başlayıb.

Bizim.Media Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə barədə Tula vilayətinin qubernatoru Dmitri Milyayev rəsmi açıqlama verib.

Qubernatorun sözlərinə görə, müəssisənin ərazisinə hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən vurulan "PUA-ların qalıqları" düşüb və yanğına səbəb olub.

Regional rəhbərlik hadisə yerində xüsusi xidmət orqanlarının və yanğınsöndürənlərin işlədiyini, vəziyyətin nəzarət altında olduğunu bəyan edib.

Lakin Ukrayna teleqram kanalları və media resursları hücumun hədəfi ilə bağlı fərqli məlumat yayıblar.
 

Ukrayna tərəfinin iddiasına görə, PUA-lar birbaşa Rusiyanın ən böyük kimya sənayesi müəssisələrindən biri olan və hərbi sənaye üçün də mühüm əhəmiyyət kəsb edən Novomoskovskdakı "Azot" kimya zavodunu hədəf alıb və müəssisəyə ciddi ziyan dəyib.


Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən gecə Tula da daxil olmaqla bir çox region üzərində ümumilikdə 249 Ukrayna PUA-sının məhv edildiyini açıqlamışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO