İtaliyanın Montesilvano şəhərində yeniyetmələr arasında şahmat üzrə dünya çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, 14, 16 və 18 yaş kateqoriyasında təşkil olunacaq yarışda 86 ölkə təmsil olunacaq.
Azərbaycan mötəbər turnirə məşqçi Fərid Abbasovun rəhbərliyi altında Xaqan Əhməd, Tunar Davudov, Fərid Orucov, Paşam Əlizadə, Şəmsi Qaraxanov, Nərmin Abdinova, Lalə Hüseynova və Zəhra Allahverdidən ibarət heyətlə yollanıb.
İlk turun partiyaları sabah oynanılacaq. Dünya çempionatı iyunun 26-da yekunlaşacaq.

Bizim.Media

- A-
- A
- A+
İdman
12:30 / 14.06.2026
Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR
Hazırda oxunan: Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR
Hazırda oxunan: Şahmatçılarımız dünya çempionatında mübarizə aparacaq - ADLAR
619211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































