Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

Hazırda oxunan: Çimərlik mövsümü başlayır: Hansı hərəkətlər QADAĞANDIR? - VİDEO

619138

Son günlərdə havaların isti keçməsi çimərliklərə üz tutanların sayını artırıb.

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, rəsmi olaraq çimərlik mövsümü iyunun 15-dən başlasa da, artıq istirahət üçün dəniz sahillərinə üz tutanlar çoxdur.

Hazırda çimərliklərdə mövsümə hazırlıq işləri də davam etdirilir. Ərazilər təmizlənir, istirahət zonaları və xidmət sahələri istifadəyə hazır vəziyyətə gətirilir. Bu arada, Fövqəladə Hallar Nazirliyi çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib. Bildirilib ki, havanın isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
 

Aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşların bu məkanlarda təhlükəsizlik qaydalarına əməl etməməsi sonda acı nəticələrə səbəb olur. Nazirlik əhalini su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.


Bildirilib ki, çimərlik kimi nəzərdə tutulmamış yerlərdə, o cümlədən kanal və çaylarda çimmək, çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, küləkli havada dənizə girmək, çimərlikdə gecələmək, sərxoş halda çimərlikdə olmaq, suda kobud hərəkətlər etmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO