DİM-dən bu abituriyentlərə MÜRACİƏT

DİM-dən bu abituriyentlərə MÜRACİƏT

Hazırda oxunan: DİM-dən bu abituriyentlərə MÜRACİƏT

619201

Tovuzun “Turan” qadın voleybol klubunun 2026 – 2027 mövsümündə CEV Çempionlar Liqasında çıxışı ilə əlaqədar olaraq ev oyunlarının baş tutacağı zalın beynalxalq tələblərə uyğunlaşdırılması üçün Tovuz Olimpiya İdman Kompleksində müvafiq işlərin aparılmasına zərurət yaranıb. 

Bizim.Media  xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.  

Bu səbəbdən 27 iyun – 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılan qabiliyyət imtahanlarının keçiriləcəyi yer eyni tarixlərdə Göygöl şəhərinin Göygöl Olimpiya İdman Kompleksinə dəyişdirilib.  

Məkan dəyişikliyi ilə əlaqədar abituriyentlərin (subbakalavrların) imtahana buraxılış vərəqələri yenilənib. İmtahanda iştirak edəcək abituriyentlərdən (subbakalavrlardan) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni yenidən çap etmələri xahiş olunur. 

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumat 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO