UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO

Hazırda oxunan: UNO-larla bağlı məxfi sənədlərin son hissəsi yayımlandı - VİDEO
619141
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Pentaqon daha əvvəl məxfiləşdirilmiş UNO (uçan naməlum obyekt) görüntülərinin olduğu məlumatların növbəti partiyasını yayımlayıb.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, materiallar toplusunda videolar, fotoşəkillər və şahid ifadələri daxil edilib.
 

2025-ci ilin iyul ayına aid videolardan birində gecə səmasında hərəkət edən iki qırmızı kürəni görmək mümkündür. Pentaqonun açıqlamasında bildirilir ki, bu qeyri-adi hadisənin şahidi maşınını park edərkən öz evinin həyətində intensiv, parlaq işıq görüb.


Qeyd olunur ki, bu, ABŞ Prezidenti Donald Trampın əmri ilə məxfilikdən çıxarılan UNO sənədlərinin son partiyasıdır. Genişmiqyaslı qurumlararası layihədə Ağ Ev, Milli Kəşfiyyat direktorunun idarəsi, Energetika Nazirliyi, Federal Təhqiqatlar Bürosu (FTB) və NASA iştirak ediblər.

Xatırladaq ki, Donald Tramp bu ilin aprel ayında UNO barədə məlumatları açıqlamaq niyyətini bəyan etmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO