Xankəndidə Zəfər parkına yürüş - FOTO
27 Sentyabr - Anım Günü ilə əlaqədar Xankəndi şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın hərəkəti dayandırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, sükutdan sonra Zəfər parkına yürüş olub.
Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər parkında şəhidlərin xatirəsinə gül dəstələri düzülüb.
Anım mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı ...