Sürücülərin NƏZƏRİNƏ – WUF13 zolaqlarının qüvvədən düşəcəyi tarix AÇIQLANDI
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) nəqliyyat təminatı çərçivəsində təşkil edilən müvəqqəti xüsusi hərəkət zolaqları tədbir yekunlaşdıqdan sonra öz qüvvəsini itirəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya verilən xəbərə görə, mayın 23-dən sözügedən zolaqlarda avtobus zolağını bildirən 5.9 yol nişanları yığışdırılacaq.
Yol nişanları çıxarılmış zolaqlar qüvvədən düşmüş hesab olunacaq və sürücülər bu zolaqlara daxil ola biləcəklər.
Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarına əsasən, Mehdi Abbasov küçəsində təşkil edilən xüsusi hərəkət zolağı qüvvədə saxlanılacaq. Bununla da bu ərazidən keçən ictimai nəqliyyatın maneəsi...