"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə

"Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə

Hazırda oxunan: "Doğuşu sənə belə vermişdik, nə etmisən?" - Seda Sayandan Xoşqədəmə

614658

Aparıcı Xoşqədəm Hidayətqızı və həyat yoldaşı müğənni Doğuş Seda Sayanın proqramında qonaq olub.

Bizim.Media xəbər verir ki, Doğuş proqramda Xoşqədəmlə necə tanış olmasından söz açıb:

"Mən addım atmadım, birbaşa ona doğru qaçdım. İlk dəfə diqqətimi o qədər də çəkmədi. Gözəl qadın idi. Amma bizdə də gözəllər var. Ondan bir gün sonra kimsəsiz, əlilliyi olan uşaqlarla görüşə getdik. Onlara şəfqətlə yaxınlaşması, öpməsi, iyrənməməsi marağımı cəlb etdi. Bu hissi ancaq mən anlaya bilərəm. Elə bil ki, həmin an qanadları çıxdı, nəsə baş verdi".

Proqram əsnasında Seda Sayan Doğuşa saçlarının niyə ağ olmasını irad bildirərək:

"Xoşqədəm, biz bu oğlanı sənə belə vermişdik, nə etmisən?" deyə, zarafat edib. Cütlük cavabında təbii saç rəngini daha çox sevdiklərini və Doğuşa bu rəngin yaraşdığını bildirib. (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO