Azərbaycan Prezidenti: Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir
Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.
MÖVZU İLƏ BAĞLI:
Tramp rəsmi şam yeməyindən təxliyə olundu: Oteldə atəş açan şəxs saxlanıldı - VİDEO
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.
“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə dövlət başçısı vurğulayıb.
Bizim.Media...