Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

Hazırda oxunan: Dünyada VAR, Bakıda YOXDUR – Metroda qoruyucu baryerlər quraşdırıla bilərmi?

609164

Dünyanın bir çox ölkəsində, o cümlədən Türkiyədə metro stansiyalarında sərnişin təhlükəsizliyini artırmaq üçün xüsusi qoruyucu sistemlər tətbiq olunur. Bu sistemlərə əsasən, qatar yolu boyunca qoruyucu baryerlər quraşdırılır və qatar platformaya daxil olduqda bu baryerlər avtomatik açılır. Beləliklə, sərnişinlərin təsadüfən relslərə düşməsinin qarşısı alınır.

Təəssüf ki, Bakı metrosunda vaxtaşırı sərnişinlərin qatar yoluna düşməsi ilə nəticələnən faciəvi hadisələr baş verir. Belə hallardan biri də yaxın günlərdə qeydə alınıb.

Maraqlıdır, bu cür təhlükəsizlik sistemi Bakı metrosunda da tətbiq oluna bilərmi?

Bizim.Media mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının fikirlərini öyrənib. Ekspert bildirib ki, bu sistemin Azərbaycanda tətbiqi mümkündür, lakin bunun üçün müəyyən yeniliklərə ehtiyac var:

“Əlbəttə, bir çox ölkələr bu sistemi tətbiq edir və müsbət, təhlükəsiz nəticələr əldə edir. Ancaq Azərbaycanda metro şəbəkəsinin və stansiyaların mövcud vəziyyəti hələlik buna tam imkan vermir”.

Onun sözlərinə görə, bu sistemin qurulması üçün qatarların idarəetmə mexanizmi də yenilənməlidir:

“Belə sistemlərin işləməsi üçün qatarlar daha dəqiq, avtomatlaşdırılmış şəkildə, yəni süni intellekt vasitəsilə idarə olunmalıdır. Azərbaycanda da bu istiqamətdə müzakirələr gedir və yaxın gələcəkdə bunun mümkün olması istisna deyil. Bu zaman qatarın stansiyada dəqiq dayanma nöqtəsi müəyyən olacaq. Nəticədə, həm qatarlar, həm stansiyalar, həm də texnologiya yenilənərsə, bu sistemi tətbiq etmək mümkün olar”.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlanıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO