Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

Hazırda oxunan: Tramp Pakistana səfəri niyə ləğv etdiyini AÇIQLADI: "Kimin lider olduğu bilinmir"

609342

Xüsusi nümayəndə Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İranla bağlı danışıqlar üçün Pakistana planlaşdırılan səfərinin ləğv edilməsinin səbəbi Vaşinqtonun İslam Respublikasına faktiki olaraq kimin rəhbərlik etdiyi barədə dəqiq məlumata malik olmamasıdır.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün "Truth Social" social media hesabında bildirib.

Ağ Ev rəhbəri qeyd edib: "Onlar da daxil olmaqla, heç kim kimin lider olduğunu bilmir".

ABŞ liderinin sözlərinə görə, İran rəhbərliyinin daxilində "qarışıqlıq və daxili ixtilaflar" hökm sürür. O, həmçinin qeyd edib ki, Uitkoff və Kuşnerin səfəri çox vaxt aparacaq və ciddi hazırlıq tələb edəcəkdi.

"Bütün kartlar bizim əlimizdədir, onların isə heç bir kartı yoxdur. Əgər danışmaq istəyirlərsə, etməli olduqları tək şey zəng vurmaqdır", — deyə Tramp əlavə edib.

Qeyd edək ki, aprelin 25-də Pakistanın paytaxtına gələn İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ölkə rəsmiləri ilə Yaxın Şərqdəki münaqişənin nizamlanması mövzusunu müzakirə edib.

Elə həmin gün mətbuatda Uitkoff və Kuşnerin Əraqçi ilə görüşünün aprelin 27-də İslamabadda baş tuta biləcəyi barədə xəbərlər yayılmışdı.

Lakin Tramp son anda Amerika nümayəndə heyətinin Pakistana səfərini ləğv etmək qərarına gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO