
- A-
- A
- A+
Region
19:56 / 25.04.2026
1 dəq oxunma
Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır
Hazırda oxunan: Türkiyədə dronların idarə edilməsi üzrə MƏRKƏZLƏR yaradılır
609324
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin 81 vilayətinin hər birində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanacaq və dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaradılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə dünyanın qabaqcıl zərbə PUA-ları istehsalçısı olan “Baykar” şirkətinin baş direktoru Halük Bayraktar məlumat verib.
Onun sözlərinə görə, ən böyük mərkəz İstanbulda yaradılacaq.
Baş direktor əlavə edib:
“Məqsədimiz vətəndaşlara açıq olacaq dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaratmaqdır. Gənclər dronları sınaqdan keçirə və ekosistemə bələd ola biləcəklər. Beləliklə, lazım gələrsə, bütün ölkə üzrə eyni vaxtda milyonlarla dron istehsalını təmin edə biləcəyik”.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































