ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşnerin İranla bağlı danışıqlar üçün Pakistana planlaşdırılan səfərinin ləğvi Amerika tərəfinin İslam Respublikasına hücumları bərpa edəcəyi mənasına gəlmir.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri Donald Tramp "Axios" qəzetinin jurnalistlərinə açıqlamasında deyib.
İrana yeni zərbələrin endirilməsi ehtimalı barədə suala cavab verərkən o, "Biz bu barədə hələ düşünməmişik", — deyə Tramp bildirib.
Qeyd edək ki, aprelin 25-də Pakistanın paytaxtına gələn İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ölkə rəsmiləri ilə Yaxın Şərqdəki münaqişənin nizamlanması mövzusunu müzakirə edib.
Elə həmin gün mətbuatda Uitkoff və Kuşnerin Əraqçi ilə görüşünün aprelin 27-də İslamabadda baş tuta biləcəyi barədə xəbərlər yayılmışdı. Lakin Tramp son anda Amerika nümayəndə heyətinin Pakistana səfərini ləğv etmək qərarına gəlib.
ABŞ prezidenti izah edib ki, onun nümayəndələri daha danışıqlar üçün 18 saatlıq uçuşlar etməyəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:06 / 25.04.2026
Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?
Hazırda oxunan: Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?
Hazırda oxunan: Tramp Pakistana səfəri ləğv etməklə İRANA HÜCUMA hazırlaşır?
609336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































