Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO

Hazırda oxunan: Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO
609120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çinin şərqində, Çiandao gölünün təxminən 40 metr dərinliyində yerləşən və "Aslan Şəhəri" kimi də tanınan qədim Şi Çinq şəhəri tarixi ilə yenidən diqqət mərkəzinə çevrilib.

Bizim.Media xəbər verir ki, təxminən 600 illik tarixi olan bu şəhər 1959-cu ildə su anbarının tikintisi səbəbindən suyun altında qalıb. Unikal memarlıq qoruma səviyyəsinə görə, bu ərazi mifoloji Atlantida ilə müqayisə edilib.

"Daily Galaxy" qəzeti su altında qalan şəhərin tarixi və hazırkı vəziyyəti barədə araşdırma aparıb.

Sualtı mühit tikililəri küləyin, yağışın və günəşin dağıdıcı təsirlərindən qoruyub saxlayıb. Ərazini araşdıran dalğıclar yarım əsrdən sonra da memarlıq detallarının aydın qaldığını təsdiqləyirlər.
 

Tədqiqatçılar divarlarda və fasadlarda əjdaha və feniks oymalarını aşkar ediblər. Böyük darvazalar, daş tağlar, pilləkənlər və bütöv küçələr də suyun altında qorunub saxlanılıb ki, bu da şəhərin keçmiş quruluşunu ətraflı öyrənməyə imkan verib.


Batdıqdan sonra onilliklər ərzində Şi Çenq ictimaiyyət tərəfindən diqqətdən kənarda qalıb. Ona maraq yalnız 2000-ci illərin əvvəllərində, elmi qruplar yeni tədqiqatlara başladıqda yenidən artıb.



Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO - foto 1
Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO - foto 2
Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO - foto 3
Su altında qalan tarixi şəhər marağa səbəb oldu – FOTO/VİDEO - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO